Yeni ilə qədər quru sərhədləri açılacaqmı? – BU TARİXDƏ bilinəcək

Yeni ilə qədər quru sərhədləri açılacaqmı? – BU TARİXDƏ bilinəcək

Hazırda oxunan: Yeni ilə qədər quru sərhədləri açılacaqmı? – BU TARİXDƏ bilinəcək

105539

İlin sonuna, yeni ilin gəlişinə az qalıb. Bayramı xarici ölkədə qeyd etmək istəyən, xaricə səfər planlaşdıranlar olsa da quru sərhədlərin açılmasını gözləyənlər də az deyil. Hava yolu ilə səyahətin daha baha olduğunu nəzərə alsaq, insanların bu gözləntisi başadüşüləndir. Bəs, görəsən, quru sərhədləri ilin sonunaqədər açılacaqmı?  

Milli Məclisin deputatı Razi Nurullayev Bizim.Media-nın sualını cavablandırarkən söyləyib ki, quru sərhədlərinin açılması ilə bağlı müsbət nəsə gözlənilsə idi, artıq bilinmişdi: 
 

MÖVZU İLƏ BAĞLI:

Quru sərhədlərin açılmamasının əsl səbəbi MƏLUM OLDU – Hələ 2 ay da bağlı QALACAQ


“Gedişat onu göstərir ki, quru sərhədlərinin açılması ilə bağlı hələ ki, müsbət irəliləyiş yoxdur. Pandemiyanın bitdiyi elan edilməyib. Eyni zamanda düşünürəm ki, sərhədlərin bağlı saxlanılmasının digər açıqlanmayan səbəbələri də var. Bu baxımdan müvafiq qurumlar uyğun bilərlərsə, təbii ki, sərhədlərin açılması çox yaxşı olar. Məncə bu haqda məlumat yenilənəcək və dekabrın sonuna qədər bilinəcək. Təbii ki, bir çox insan həm də quru yolu ilə kiçik bizneslə məşğul olur, ailəsini saxlayırdı. Onlar indi çətinlik çəkirlər” 

Həkim Adil Qeybulla bildirib ki, pandemiya hələ davam etdiyinə görə, bu barədə fikir söyləmək çətindir: 

“Pandemiya hələ davam edir. Karantin rejimi hər an sərtləşdirilə də bilər. Ona görə də quru sərhədlərinin bağlı saxlanması dövlətin qərarıdır, buna müdaxilə edə bilmərik. Düzdür, indi karantin rejimi çox yumşaldılıb. İnsanlar pandemiyanın davam etdiyini hiss etmirlər. Amma reallıq fərqlidir”. 

Həkim qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitməsi ilə bağlı hesabat verəndən sonra karantin ləğv olunacaq və quru sərhədlərinin də bağlı qalmasına lüzum olmayacaq. 

Terapevt həkim Rasif Bağırovun fikrincə, epidemioloji vəziyyət kritik həddə olmadığına görə, sərhədləri tamamilə açmaq olar: 

“COVID-19-a yoluxmuş şəxslər də xəstəliyi çox yüngül keçirirlər. Buna görə də hazırda quru sərhədlərinin bağlı saxlanılmasını düzgün hesab etmirəm”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO