Hazırda AZƏRTAC-ın sədri vəzifəsini kim icra edir? – RƏSMİ CAVAB

Hazırda AZƏRTAC-ın sədri vəzifəsini kim icra edir? – RƏSMİ CAVAB

Hazırda oxunan: Hazırda AZƏRTAC-ın sədri vəzifəsini kim icra edir? – RƏSMİ CAVAB

105496

“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsinin icrası hələ heç kimə həvalə edilməyib”.

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov deyib.

O bildirib ki, Agentliyin İdarə Heyətinin 5 üzvü var:

“Onun biri Aslan Aslanov idi. Qalan 4 nəfərə də sədr səlahiyyətlərinin icrası barədə məlumat verilməyib. Hazırda agentlikdə işin icrasına gəlincə, tapşırıqları hərə öz sahəsi üzrə verir. Məsələn, Azərbaycan dilində olan informasiyalarla bağlı tapşırıqları mən və ya baş redaktor veririk. Rus dilində olan xəbərlərlə bağlı rus dili redaksiyasının baş redaktoru verir”.
Qeyd edək ki, noyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Əhməd oğlu Aslanovun vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO