Bu qrupun abituriyentləri imtahandan azaddır – RƏSMİ

Bu qrupun abituriyentləri imtahandan azaddır – RƏSMİ

Hazırda oxunan: Bu qrupun abituriyentləri imtahandan azaddır – RƏSMİ

10547

Orta məktəbdə buraxılış imtahanı verən şagirdlər 5-ci qrupa imtahanda göstərdiyi nəticə ilə qəbul ola bilərlər.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ali məktəblərə qəbul qaydaları açıqlandı


Qurum sözçüsü vurğulayır ki, şagirdlərdə çaşqınlıq yaranmasın, buraxılış imtahanında müvəffəqiyyət əldə edən şagirdlərin göstəriciləri 5-ci qrupa da aidir. Əlavə heç bir  test imtahanı vermirlər: 

“Buraxılış imtahanı aprel ayında keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərin məzunları da aprel ayında imtahana girə bilərlər. Müsabiqə şərtləri isə hələ bəlli deyil. Abituriyent jurnalında bəlli olacaq.

Aprel ayında Abituriyent II jurnalı nəşr olunacaq. Ali təhsil müəssisələrinə qəbulda blok imtahanı 2 mərhələdən ibarətdir. 1-ci  mərhələsi cari ilin məzunları üçün buraxılış imtahanıdır.

2-ci isə ixtisas qrupu üzrə olan imtahanlarıdır. Bura I,II,III,IV ixtisas qrupları daxildir.

Əgər abituriyent II ixtisas qrupuna imtahan verirsə o buraxılış imtahanı verir. Əvvəlki ilin məzunudursa buraxılış imtahanın qaydasında keçirilən qəbul imtahanın I mərhələsində iştirak edir.

Bu imtahanlar 3 fəndən ibarət olur. Tədris dili, Riyaziyyat və Xarici dil fənləri nəzərdə tutulur. 2-ci mərhələdə isə ixtisas qrupuna – Riyaziyyat, Coğrafiya və Tarixdən imtahan verir”.

Dövlət İmtahan Mərkəzinin  mətbuat xidmətinin rəhbəri  Xanlar Xanlarov əlavə etdi ki, Abitruyent V ixtisas qrupuna imtahan verir:

“Müsabiqə şərtlərini ödəyir. Əlavə olaraq yerdə qalan hər hansısa ixtisas qruplarından imtahanda iştirak edib, birini seçib öz ərizəsində göstərə bilər.

Buna icazə verilir. Abituriyent 5-ci ixtisas qrupu üzrə əlavə olaraq bir də qabliyyət imtahanı verir.

Ən sonda hər iki ixtisas üzrə müsabiqə şərtlərini ödəyibsə ixisas seçimi zamanı seçdiyi qruplar üzrə ixtisasları ərizəsində qeyd edə bilər”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO