Nazir müavini ədliyyənin PRİORİTETLƏRİNİ AÇIQLADI 

Nazir müavini ədliyyənin PRİORİTETLƏRİNİ AÇIQLADI 

Hazırda oxunan: Nazir müavini ədliyyənin PRİORİTETLƏRİNİ AÇIQLADI 

105451

“Ölkəmizdə rəqəmsal ədliyyənin inkişaf etdirilməsi, əhaliyə təqdim edilməsi və elektron xidmətlərin göstərilməsi vacibdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin rəqəmsal ədliyyə yenilikləri  ilə əlaqədar keçirilən tədbirdə Ədliyyə nazirinin müavini Eldar Nuriyev bildirib. 

Onun sözlərinə görə, rəqəmsallaşan xidmətlərin smart texnologiyaları əsasında daha sürətləndirilmiş şəkildə əhaliyə xidmətlərin səmərəliliyinin artırılması prioritet məsələlərdəndir: 
“Bu məsələni ölkə prezidenti İlham Əliyev və vitse-prezidenti Mehriban Əliyeva da daim diqqətdə saxlayır: 

"Bütün dövlət qurumları kimi Ədliyyə Nazirliyi də bu istiqamətdə işlər aparır. Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsidir". 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO