Şəkidə direktor vəzifəsinə işə qəbul müsabiqəsi keçirilib - FOTO

Şəkidə direktor vəzifəsinə işə qəbul müsabiqəsi keçirilib - FOTO

Hazırda oxunan: Şəkidə direktor vəzifəsinə işə qəbul müsabiqəsi keçirilib - FOTO

105442

Şəki-Zaqatala regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna regional təhsil idarəsindən məlumat verilib. 

Qeyd olunub ki, Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən test imtahanı mərhələsində iştirakı nəzərdə tutulan 111 namizəddən 103 nəfəri iştirak edib.

İmtahan zamanı namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim olunub.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO