Badamdarda sürüşmə davam edir – Nazirlikdən rəsmi açıqlama

Badamdarda sürüşmə davam edir – Nazirlikdən rəsmi açıqlama

Hazırda oxunan: Badamdarda sürüşmə davam edir – Nazirlikdən rəsmi açıqlama

10541

"Badamdardakı sürüşmə ilə bağlı monitorinqlər tərəfimizdən davam etdirilir. Proseslərin dinamikasında zəifləmə qeyd edilsə də, tam qərarlaşma mövcud deyil".

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

 

MÖVZU İLƏ BAĞLI:

"Badamdarda sürüşmə ərazisində proses hələ stabilləşməyib"


Onun sözlərinə görə, son günlər yağışlı hava şəraiti süxurların kolloidləşməsinə şərait yaradıb:

“Eyni zamanda mərkəzi süxur kütləsinin axması zamanı sağ və sol cinahlarında qismən asılı süxur kütlələrinin yaranmasına səbəb olub. Bu da nəmişlik dərəcəsindən asılı olaraq dayanıqlılığı itirmiş sayılar. Proseslərin qərarlaşmasını gözləyirik ki, qısa zamanda orada bərpa işlərinə başlayaq. Həm də yamacboyu su çıxan mənbələr ləğv ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO