İşsizlikdən sığorta ödənişi almaq asanlaşacaq - VİDEO

İşsizlikdən sığorta ödənişi almaq asanlaşacaq - VİDEO

Hazırda oxunan: İşsizlikdən sığorta ödənişi almaq asanlaşacaq - VİDEO

105389

Azərbaycanda işsizlikdən sığorta ödənişi almaq asanlaşacaq. Bu, yeni yaradılan Azərbaycanın məşğulluq xəritəsinin məlumatlarından istifadə hesabına mümkün olacaq.

Bizim.Media xəbər verir ki, xəritə gələcəkdə əhali artımı, iş yerlərinin sayı, qadın və kişilər arasında məşğulluq, məktəbli və tələbələrin sayı kimi amilləri izləyəcək.

Bu da öz növbəsində rayonlarda yeni iş yerlərinin yaradılmasının zəruri olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.

Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, özünüməşğulluq proqramına cəlb olunmaq və işlə təmin olunmaq üçün müraciət edənlərin qeydiyyat proseduru da sadələşəcək. O, işsizlikdən sığorta ödənişlərinin təqdim edilmə mexanizminə diqqət çəkib.

Mustafa Abbasbəyli son 5 il ərzində həyata keçirilmiş məşğulluq tədbirlərindən də danışıb.

Qeyd edək ki, məşğulluq xəritəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO