Ağdamın işğaldan azad edilən ərazilərinə səfər təşkil edildi - FOTO

Ağdamın işğaldan azad edilən ərazilərinə səfər təşkil edildi - FOTO

Hazırda oxunan: Ağdamın işğaldan azad edilən ərazilərinə səfər təşkil edildi - FOTO

105336

Ağdam şəhərinin və şəhər ətrafı ərazilərin işğaldan azad edilməsindən iki il ötür.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu əlamətdar gün münasibəti ilə Ağdamın işğaldan azad edilən ərazilərinə səfər təşkil edilib.

Səfərdə Ağdam ziyalıları, millət vəkilləri, təşkilat və müəssisə rəhbərləri, həmçinin şəhid ailəsi üzvləri, müharibə qaziləri iştirak edib. Ağdam şəhərində inşa edilmiş konfrans mərkəzi önünə toplaşan səfər iştirakçıları şəhidlər xiyabanına yürüş edib.

Xiyabanın qarşısında ziyarətçiləri Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayıb, onlarla geniş söhbət edib. Bundan sonra şəhidlər xiyabanı qarşısında xüsusi nümayəndəliyin inşa etdirdiyi şəhidlər abidə kompleksi önünə əklil və gül dəstələri düzülüb.

Bundan sonra şəhidlər xiyabanında uyuyan vətən övladlarının məzarları ziyarət edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onlar ehtiramla anılıb.
Sonra səfər iştirakçıları Ağdam konfrans mərkəzinə gəlib.

Mərkəzdə Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramının təşkil ediləcəyi gözlənilir.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO