Zaqatalada bu uşaqlar üçün özəl proqram tərtib olundu - FOTO

Zaqatalada bu uşaqlar üçün özəl proqram tərtib olundu - FOTO

Hazırda oxunan: Zaqatalada bu uşaqlar üçün özəl proqram tərtib olundu - FOTO

105324

20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü münasibətlə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin xidmətindən bəhrələnən aztəminatlı ailələrin, həmçinin əlil, xüsusi qayğıya ehtiyacı olan 50-dək uşaq üçün əyləncəli proqram təşkil edilib.

Mərkəzin direktoru Cövhər İbrahimova Bizim.Media-nın yerli bürosunun əməkdaşı ilə söhbətində bildirib ki, özəl proqram çərçivəsində ölkəmizdə uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, onların sağlamlığı, təlim-tərbiyəsi, təhsili sahəsində aparılan işlərdən danışılıb.

Vurğulanıb ki, uşaqlar sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Sonra uşaqlar öz məharətlərini nümayiş etdiriblər. Kimi şeir söyləyib, kimi də rəqs edərək tərbiyəçiləri və valideynləri əyləndirib.
Proqramın sonunda mərkəz rəhbərliyi uşaqları xüsusi hədiyyələrlə sevindirib. Onlara nağıl kitabları, interaktiv oyuncaqlar və xüsusi hədiyyə bağlamaları bağışlayıb.

Uşaqlar, həmçinin səmaya şarlar buraxaraq özəl günlərini beləcə bayram edib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO