Gənclər və İdman naziri Şəkidə tələbələrlə görüşüb - FOTO 

Gənclər və İdman naziri Şəkidə tələbələrlə görüşüb - FOTO 

Hazırda oxunan: Gənclər və İdman naziri Şəkidə tələbələrlə görüşüb - FOTO 

105264

Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında təhsil alan bir qrup tələbə ilə görüşüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “İdman Festivalı-2022” tədbirləri çərçivəsində Şəkidə olan nazir görüşdə gənclərin asudə vaxtının təşkili üçün imkanlar, Tələbə-Gənclər Təşkilatının fəaliyyəti, qeyri-formal təhsil alətlərinin tətbiqi, tələbələrin dərsdən sonrakı məşğulluğu, idman oyunlarının keçirilməsi və s. mövzularda tələbələrin fikir və təkliflərini dinlənləyib.

Görüşdə nazir müavini Marina Vasilieva və Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev iştirak edib.

Qeyd edək ki, “Gənclərlə dialoq platforması” layihəsi çərçivəsində Gənclər və İdman naziri Fərid Qayıbovun gənclər təşkilatları, tələbələr, həmçinin, regionlarda yaşayan gənclərlə müntəzəm görüşləri keçirilir.
Görüşlərin əsas məqsədi gənclərlə fikir mübadiləsi aparmaq və onların qarşılaşdıqları çətinliklərin birgə həll yollarını müəyyən etməkdir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO