MHP-nin tikdiyi məktəb Təhsil Nazirliyinə veriləcək

MHP-nin tikdiyi məktəb Təhsil Nazirliyinə veriləcək

Hazırda oxunan: MHP-nin tikdiyi məktəb Təhsil Nazirliyinə veriləcək

10525

“Ülkü Ocaqlarının Mədəniyyət və Təhsil Dərnəyi bu məktəbi Şuşa memarlığına uyğun tikəcək və Azərbaycan Təhsil Nazirliyinə təhvil verəcək. Məktəbdən istifadə ilə bağlı qərarı Təhsil Nazirliyi verəcək. 11 sinifli ibtidai məktəb tikiləcək. Bizim əsas hədəfimiz Şuşanın memarlığına, tarixinə uyğun olaraq bir binanın tikilməsidir”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Azərbaycana səfəri ilə bağlı keçirilən mətbuat konfransında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Ankaradan deputat Mevlüt Karakaya deyib.

 

MÖVZU İLƏ BAĞLI:

MHP nümayəndələri Şuşada məktəb tikmək üçün Azərbaycana gəldi - VİDEO


MHP sədrinin müavini deyib ki, Qarabağ zəfəri Türk millətinin son illərdə əldə etdiyi ən böyük zəfərlərdən biridir.  

M. Karakaya qeyd edib ki, yanvarın 29-da MHP nümayəndə heyəti Bakıya gəlib, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və bu gün Prezident İlham Əliyevlə görüşüblər:

“Yanvarın 30-da bu görüşlərin keçirilməsinin də tarixi bir anlamı var. 30 yanvar həm də Əhməd Cavadın müəllifi olduğu Azərbaycan milli marşının - Dövlət Himinin qəbul edildiyi tarixdir".

"Prezident İlham Əliyev məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verib. Biz Azərbaycan Prezidentinə təşəkkür edirik.”.

MHP sədrinin müavini nəzərə çatdırıb ki, ən qısa müddətdə məktəb layihəsi həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO