"Xınayaxdı"nın yaradıcıları EVSİZ qalıblar – “Bütün alətlər, iki düyəmiz də yanıb tələf olub” - VİDEO

Hazırda oxunan: "Xınayaxdı"nın yaradıcıları EVSİZ qalıblar – “Bütün alətlər, iki düyəmiz də yanıb tələf olub” - VİDEO

105237

Xəbər verdiyimiz kimi, avqust ayının 15-də Şabranın Dağbilici kəndinin ərazisində güclü yanğın baş vermişdi. Hadisə zamanı 3 evin, kənd ərazisindəki otlaq sahələrinin yandığı bildirilir.

Yanan evlərdən biri də Şabran rayonunun Dağbilici kəndində yaşayan Bayram və Rəna Ağasiyevlər ailəsinə məxsus olub. Qışın bu günündə ahıl insanlar evsiz-eşiksiz qalıblar.
Dəhşətli yanğın nəticəsində ailənin evi tam yanıb. Hazırda isə onlar çox çətin durumdadırlar.

Çöllük sahədən başlayan yanğın bir andaca ailənin yaşadığı evi cənginə alıb, ev  bütün əşyaları ilə yanındakı tövlə də daxil olmaqla tam yanıb. 

Yanıb külə dönmüş evin sahibəsi Rəna Ağasiyeva Bizim.Media-ya bildirir ki, yanğından aylar keçsə də, rəsmi qurumlar ailənin evinin yenidən tikilməsi ilə bağlı heç bir iş görməyiblər.

Əmlakını, malını, bütün sənədlərini alovda itirən ailəyə müvəqqəti daldalanmaq üçün çadır belə verilməyib. 

Rəna Ağasiyeva deyir ki, neçə aydı borc yığmaqla məşğuldurlar: 

“Borc alıb yanan evin damını bərpa etdik ki, içinə yığışaq. Şabran şəhərində oğullarımızın evi var, rahat olsa da, orda qala bilmədik. Öz komamızı istədik. Amma dövlətdən hələlik heç bir köməyimiz yoxdur”.

Onun sözlərinə görə, yanğında özlərinin ölülük-dirilik vəsaiti  olan 7 min manat pulu da məhv olub. Evdən heç nə götürə bilməyib özlərini  güclə bayıra atıblar ki, xilas olsunlar.

Hadisə zamanı mal-qara saxlayan ailənin 2 baş düyəsi də yanıb tələf olub.

Qeyd edək ki, Bayram və Rəna Ağasiyevlər uzun illər Dağbilici kəndində fəaliyyət göstərən məşhur "Xınayaxdı" folklor kollektivinin yaradıcıları olublar. Yanğın zamanı folklor kollektivinə məxsus bütün musiqi alətləri, disk və lent yazıları da yanıb kül olub.

Rəna Ağasiyeva qeyd edib ki, eləri yanandan bu folklor kollektiv də yandı: 

“Heç bir arxivimiz qalmayıb. Bu günlərdə qalan  8 baş iribuynuzlu heyvanı da dəyər dəyməzinə satdıq ki, həm borclardan bir qismini verək, əsas da heyvanların qış üçün quru otu da yandığından saxlaya bilmədik”.
Ev sahibi Bayram Ağasiyev də eyni fikirdədir. Bildirir ki, qışın günündə müvəqqəti düzəltdikləri komada qalmaq çətin olacaq:

“Şabran rayon İcra Hakimiyyətindən bizə yeni ev tikiləcəyi barədə söz verilib, gözləyirik”.

Məsələ ilə bağlı Şabran İH başçısının müavini, rayon FHK-nın sədri Hüseyn İlyasov Bizim.Media-ya məlumat verib ki, Ağasiyevlər ailəsinin problemlərindən xəbərdardırlar.

Artıq yanğınla bağlı sənədləşmə işləri və araşdırma başa çatıb. Hökümətə müraciət edilib.

Ağasiyevlər ailəsinə və digər zərərçəkən şəxslərə lazımi köməklik ediləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO