Xəyalət adası - BÖYÜK ZİRƏ: Azərbaycanın Las Veqası nə zaman tikilməyə başlayacaq?

Xəyalət adası - BÖYÜK ZİRƏ: Azərbaycanın Las Veqası nə zaman tikilməyə başlayacaq?

Hazırda oxunan: Xəyalət adası - BÖYÜK ZİRƏ: Azərbaycanın Las Veqası nə zaman tikilməyə başlayacaq?

105233

Ona çox zaman Nargin adası da deyirlər. Adaya 1719-cu ildə Rusiya İmperatoru l Pyotrun dövründə Nargin adı verilib. Bu ad Fin körfəzində yerləşən Nargin (estonca, dar boğaz) adasına bənzədiyi üçün verilib. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ada yenidən Böyük Zirə adlandırılmağa başlanıldı.

Xəzər dənizində Bakının sahil xəttindən 10,5 kilometrlik məsafədə yerləşən Böyük Zirə adasının sahəsi 1,4 kvadratkilometrdir. Uzunluğu 3,1 kilometr, eni isə 900 metr olan adanın unikal turizm potensialı var.

Turizm üzrə ekspert Ceyhun Aşurov Bizim.Media-ya Böyük Zirə adasının turizm üçün heyrətamiz imkanlarından danışdı:

“Dünyada adalar turistlər üçün daha cəlbedici olub. Əksər ölkələr daha çox turist cəlb etmək üçün müxtəlif variantlardan istifadə edirlər. Bu mənada Nargin adasının ağılagəlməz imkanları var. Ona görə ki, ada ölkəmizin əsas turizm mərkəzi olan Bakının 10 kilometrliyindədir. 

Ada çox qanlı tarixi hadisələrə şahidlik edib. Bildiyiniz ki, Birinci Dünya Müharibəsində ruslara əsir düşən türk, alman və avstriyalı əsirlər bu adada saxlanılıb. Onlar burada məşəqqətli həyat yaşayıblar. Və həmin əsirlərin çox böyük hissəsi burada müxtəlif xəstəlikdən tələf olublar. Bu mənada Nargin həm də tarixi bir məkandır”.

Ceyhun Aşurov əlavə edib ki, əgər adada turizmin inkişafı üçün işlər aparılsa, bura çox böyük turist axını ola bilər:

“Adada həyatın iki üzünün çox gözəl təzadını yaratmaq olar. Bir tərəfdə açıq günəş vannası və çimərliklər, restoran və əyləncə mərkəzləri. Digər tərəfdə isə, qanlı tarixin dəhşətli  hadisələrini canlandıran kompleks və abidələr. Çünki dünya turizmində 2 aparıcı xətt var. Bunun biri dəniz və günəş vannası, digəri isə, tarixi abidələrdir. Nargin adasında bunların ikisi də var. Adada qurulacaq memorial kompleks dünyanın nadir sənət incilərindən biri ola bilər.

Nargin adası kinolarda gördüyümüz, kitablarda oxuduğumuz ən dəhşətli hadisələrin anoloji məskənidir. Bura gələn turistlər yəqin ki, bir səfər çərçivəsinə adadakı dəhşətləri hadisələrin tam təssüratını ala bilməyəcəklər. Və ona görə də, ikinci dəfə adaya səfər etmək istəyəcəklər.
Bu bölgə türklər, almanlar və avstriyalılar üçün daha çox maraq kəsb edə bilər. Çünki onların əcdadları bu torpaqları qanları ilə suvarıblar. Burada 10 minə yaxın türk, minlərlə alman və avstriyalı həlak olub”. 

Ekspert digər maraqlı məqamı da diqqətə çatdırıb:

“Bildiyimiz kimi, paytaxtda və digər ərazilərdəki turist məkanlarında əyləncənin gecə saatlarına qədər davam etməsinə icazə verilmir. Amma bu adada yaradılacaq əyləncə mərkəzləri 7 gün, 24 saat açıq olacaq. Heç kim də bu səs küydən narazılıq etməyəcək. Əksinə minlərlə iş yeri açılacaq, külli miqdarda gəlir əldə ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media



QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO