Vahid Əhmədovdan ÇAĞIRIŞ – “Süni qiymət artımlarının qarşısını alın”

Vahid Əhmədovdan ÇAĞIRIŞ – “Süni qiymət artımlarının qarşısını alın”

Hazırda oxunan: Vahid Əhmədovdan ÇAĞIRIŞ – “Süni qiymət artımlarının qarşısını alın”

105223

Xəbər verildiyi kimi əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır. Belə ki, növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 399 manatdan 56 manat artaraq - 455 manata, əlilliyə görə pensiyanın 324 manatdan 45 manat artaraq - 369 manata, ailə başçısını itirməyə görə pensiyanın 328 manatdan 46 manat artaraq - 374 manata yüksəlməsi gözlənilir. 

Qeyd edək ki, bir qayda olaraq, pensiya məbləği artan kimi bazar qiymətləri də qalxır.

Maraqlıdır, növbəti ildən ərzaq məhsullarının qiymətində növbəti bahalaşma olacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili, iqtisadçı Vahid Əhmədov istənilən halda ölkədə süni qiymət artımlarının qarşısının alınmasını vacib sayıb:
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda orta aylıq əməkhaqqı artırılmalıdır” - Vahid Əhmədov


“Hazırda qiymət artımının baş verməsini gözləmirəm. Pensiya artımı yanvarın 1-dən təsdiq olunacaq. Həmin müddətə isə bir xeyli var. Bunun üçün İqtisadiyyat Naziliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin monitorinq qrupları işləyirlər.

Milli Məclisdə də qeyd olunmuşdu ki, onlar işlərini daha da gücləndirməlidirlər. Elə etməlidirlər ki, süni qiymət artımları olmasın. Əsas məsələ budur. İnanmıram bu günlərdə ciddi qiymət artımlarına getsinlər. Amma yeni il qabağı bahalaşma ola bilər.

Bunun da qarşısının alınması üçün Baş nazirin təsdiq etdiyi anti-inflyasiya tədbirləri var. Ona uyğun olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti böyük işlər görür. Təbii ki, möhtəkirlər və sahibkarlar var ki, vəziyyətdən istifadə edib qiymətləri artırırlar. Ciddi monitorinq aparıb bunun qarşısını almaq lazımdır ki, bahalaşma olmasın”. 

Deputatın sözlərinə görə hər ay ərzaqların qiyməti artır və bunun şahidi oluruq:

“Bunun da səbəbi odur ki, əsas ərzaq məhsullarını xaricdən idxal edirik. Xaricdə də qiymət artımı var. Elə ölkələr var ki, orada 70-80 faiz inflyasiya gedir. Əlbəttə ki, bunun da Azərbaycan bazarına təsiri var. Amma istənilən halda süni qiymət artımının qarşısını almalıyıq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO