Bakıda başında və bədənində zorakılıq izləri olan azyaşlı qız tapılıb.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sozlərinə görə azyaşlı dünən Suraxanı rayonu 31-ci bölmənin yerləşdiyi ərazidə baxımsız vəziyyətdə aşkarlanıb:
“11 yaşlı qız 21 may 2012-ci il təvəllüdlü Məsumə Məmmədovadır. Yaşından çox geri qalmış və inkişaf etməyən bir uşaqdır. Qapalıdır, özü və yaşayışı barədə məlumat vermir, amma şuurludur. Hiss olunur ki, çox küskündür. Onu bu vəziyyətə gətirən əlbəttə ki, doğmalarıdır. Öyrənməyə çalışdıq ki, azyaşlının anası dünyasını dəyişib. Bir vaxtlar 11 saylı İnternat Məktəbində oxuyub. Uşağın bədənində köhnə sıyrıntılar, ağır və yeni zədələr, fiziki zorakılıq izləri var. Başını yuyanda gördük ki, saçlarının ortasında açıq yara var. Psixoloji gərginliyi göz qarşısında olan bir uşaqdır. Bu gün belə uşaqların zədə alması mənəvi olaraq onların üzərindədir”.
Kəmalə Ağazadə qeyd edib ki, azyaşlının aldığı zədələrlə bağlı ilkin tibbi ekspertiza keçiriləndən sonra öz missiyalarını yerinə yetirəcəklər:
“Bu gün bu işlər həll olunacaq. Bir məqam da aktualdır. Sentyabrdan dərs başlayıb. Şuşa rayon 11 saylı məktəbin bu uşaqdan xəbəri varmı?”, - deyə Kəmalə Ağazadə Elm və Təhsil Nazirliyinə səslənib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 19.11.2022
Bakıda doğmalarından işgəncə görən 11 yaşlı qız TAPILDI – FOTO
Hazırda oxunan: Bakıda doğmalarından işgəncə görən 11 yaşlı qız TAPILDI – FOTO
Hazırda oxunan: Bakıda doğmalarından işgəncə görən 11 yaşlı qız TAPILDI – FOTO
105220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.