Azərbaycanın dini liderləri təcili Qəbələyə toplaşdı - FOTO

Azərbaycanın dini liderləri təcili Qəbələyə toplaşdı - FOTO

Hazırda oxunan: Azərbaycanın dini liderləri təcili Qəbələyə toplaşdı - FOTO

105210

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələdə "Milli və mənəvi dəyərlərin təbliğində QHT və dini icmaların rolu" mövzusunda regional konfrans keçirilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, eyni zamanda dini icma rəhbərləri, QHT sədrləri iştirak edib.

Tədbirdə respublikamızda qeydiyyatdan keçən 993 dini icmaların birgə fəaliyyətinin zəruriliyi, QHT və dini icmaların əməkdaşlığı məsələsinin vacib məqamları, eləcə də dini icmalara xüsusi diqqət sərgiləndiyi və regionlarda keçirilən bu cür konfransların bunun bariz nümunələrindən biri olduğu bildirilib.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxışında Qafqaz Albaniyası irsinin həm ölkə daxilində, həm də xaricdə uğurla təbliğ olunmasında və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

QHT sədrləri dini maarifləndirmə işinin artırılmasının, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasının, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıblar.

Konfransda gənclərin radikalizmdən uzaqlaşdırılması, onlarda vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub.
Qeyd edək ki, konfrans çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Yalağaclı məscidi, “Alban Udi Ocağı”, “Cotari” Alban-Udi və Müqəddəs Məryəm Ana kilsələri ziyarət edilib. Tədbir iştirakçılarına dini ibadətgahlar haqqında geniş məlumat verilib.

Tural Rasimoğlu, Bizm.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO