Əli Əlirzayevin Zahid Oruca REAKSİYASI: “Belə şeyləri şüar xətrinə səsləndirmək lazım deyil”

Əli Əlirzayevin Zahid Oruca REAKSİYASI: “Belə şeyləri şüar xətrinə səsləndirmək lazım deyil”

Hazırda oxunan: Əli Əlirzayevin Zahid Oruca REAKSİYASI: “Belə şeyləri şüar xətrinə səsləndirmək lazım deyil”

105203

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc azad edilmiş torpaqlarda doğulan uşaqlara Qələbə müavinətlərinin verilməsi təklif edib. Deputat hesab edir ki, Qələbə müavinətlərinin verilməsi təkcə sosial deyil, həmçinin, mühüm siyasi qərar ola bilər.

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deputatın təklifini xoşməramlı missiya kimi dəyərləndirsə də, bildirib ki, metodiki cəhətdən burada qeyri-müəyyənlik var: 

“Onu müəyyən etmək üçün mütəxəssis lazımdır. Hələlik azad edilmiş torpaqlarda konkret uşaq doğulmayıb. Qanunvericilikdə bu məsələni tənzimləmək üçün onun göstəricisi, hesablama qaydası olmalıdır. Azad olunmuş torpaqda doğulanlar deyəndə nə nəzərdə tutulur? Tutaq ki, Füzuli rayonu, onun ərazisinin bir hissəsi ümumiyyətlə işğal olunmamışdı.

Belə də 44 günlük Vətən müharibəsində Füzulinin yerdə qalan hissəsi azad olunub. Bunu Ağdam rayonuna da aid etmək olar.

Təklif xoş niyyətdən irəli gəlir və bu mənada alqışlanmalıdır. Amma belə şeyləri şüar xatirinə səsləndirmək lazım deyil, burada müəyyən konkretlik olmalıdır. Belə qeyri-müəyyənlik gətirib insanlarda çaşqınlıq yaradır.

Bu müavinətlər Bakıda doğulan həmin rayonlardan olanlara veriləcəkmi? Digər tərəfdən, azad olunmuş torpaqda doğulanların yaxınları milyarderdirsə, onlara belə müavinətlərin verilməsinə ehtiyac yoxdur. Ondansa, şəhid, qazi ailələrinə verilsin”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO