Şeyx Əbdül mətbuat konfransı keçirəcək:  “Məni buna Abutalıbov məcbur edir..”x9d

Şeyx Əbdül mətbuat konfransı keçirəcək: “Məni buna Abutalıbov məcbur edir..”x9d

Hazırda oxunan: Şeyx Əbdül mətbuat konfransı keçirəcək: “Məni buna Abutalıbov məcbur edir..”x9d

105196
“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 3 məhkəmə qərarının icrasından boyun qaçırır. 3 dəfə məhkəmə mənim xeyrimə qərar çıxarıb. Amma ortada heç bir yenilik yoxdur. Mən də məcbur olub mətbuat konfransı keçirəcəyəm. Görürəm ki, daha əlac kəsilib. Mənim də əlimdən heç nə gəlmir, çarəm ona qalıb ki, jurnalistlərdən kömək istəyəm”x9d.xa0

Bunu modern.az saytına açıqlamasında tanınmış rejissor Əbdül Mahmudov bildirib. Qeyd edək ki, “Qış Parkı”x9dnın tikintisi zamanı rejissorun evinə ciddi ziyan dəyib. Məhkəmə qərarına əsasən, dəymiş ziyan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qarşılanmalı, yaxud ev təmir olunmalı idi.

Rejissorun dediyinə görə üç məhkəmə onun xeyrinə qərar çıxarsa da, qarşı tərəf həmin qərarların icrasından boyun qaçırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO