Sürəti saatda 50 kilometrdən artıq olan avtomobillərlə bağlı YENİ QƏRAR 

Sürəti saatda 50 kilometrdən artıq olan avtomobillərlə bağlı YENİ QƏRAR 

Hazırda oxunan: Sürəti saatda 50 kilometrdən artıq olan avtomobillərlə bağlı YENİ QƏRAR 

105144

“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası zamanı komitə üzvü Kamal Cəfərov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobilində dəyişiklik etmək istəyənlərin NƏZƏRİNƏ - 10 gün ərzində...


İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) isə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası təsbit olunub.

İclasda Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Kamran Əliyev çıxış edərək layihədə nəzərdə tutulan dəyişikliklərin yol hərəkəti təhlükəsizliyinin təmini baxımından əhəmiyyətindən, sənədin hazırlanmasında istifadə edilən beynəlxalq təcrübədən danışıb.

O, bildirib ki, təklif olunan müddəalar tətbiq edilərkən qanunun subyektləri üçün möhlət müddəti və yüngülləşmələr nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO