Ötən il Ermənistanla sərhəddə şəhid olan gizirin xatirəsi anıldı - FOTO

Ötən il Ermənistanla sərhəddə şəhid olan gizirin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Ötən il Ermənistanla sərhəddə şəhid olan gizirin xatirəsi anıldı - FOTO

105084

2021-ci il noyabr ayının 16-da Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər ərazisində düşmənin təxribatının qarşısını alarkən şəhid olan Orxan Cabarovun anım mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, əvvəlcə Quba rayon İH-nin məsul şəxsləri, DTX-nin rayon şöbəsinin rəisi, YAP-ın rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Quba Şəhidlər Xiyabanında şəhid Orxan Cabarovun məzarını və Davudoba kəndində xatirəsinə salınmış xatirə-bulaq kompleksini ziyarət ediblər. 

Doğulduğu kənddə baş tutan anım mərasimində 2021-ci ildə Kəlbəcərdə ermənilərin təxribatının qarşısını alarkən şəhid olan 7 hərbçidən biri Orxan Cabarovun döyüş şücaətlərindən danışılıb.

Qeyd edilib ki, Vətən Müharibəsində də fəal iştirak edən gizir Orxan Cabarov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə" döyüş medalı ilə təltif edilib. Qeyd edək ki, 2021-ci il noyabr ayının 16-da Kəlbəcərdə erməni basqınının qarşısını alarkən Azərbaycan Milli Ordusunun 7 hərbi qulluqçusu şəhid olmuş, 10 hərbçisi isə yaralanmışdı. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO