6,5 milyon manat borcu olan məcburi köçkünləri nə gözləyir? – Komitədən AÇIQLAMA

6,5 milyon manat borcu olan məcburi köçkünləri nə gözləyir? – Komitədən AÇIQLAMA

Hazırda oxunan: 6,5 milyon manat borcu olan məcburi köçkünləri nə gözləyir? – Komitədən AÇIQLAMA

105068

Ötən günlərdə “Azəristiliktəchizat” ASC verdiyi məlumatda bildirib ki, bu il noyabrın 1-nə Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik və isti su xidmətlərinə görə, ödənilməmiş borclar var. Həmin borcların məbləği isə 6 489,4 min manatı əhatə edir. 

Bəs ödənilməmiş borcların sonrakı aqibəti necə olacaq? Bu ödənişlər həmin vətəndaşlar tərəfindən ödəniləcək yoxsa bağışlanılması gözlənilir? 

Məsələ ilə bağlı Bizim.Media-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildiriblər ki, sözügedən məsələ Prezidentin 23 yanvar 2017-ci il 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanına əsasən icra olunacaq: 

“Həmin fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Bu məbləğ təbii qaz, elektrik enerjisi, istilik, su və məişət tullantıları ilə bağlı xərclərin məcburi köçkünlər tərəfindən ödənilməsi üçün nəzərdə tutulub”.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa Böyük Qayıdış layihəsi hökumətə təqdim edildi - RƏSMİ 


Komitədən əlavə olaraq bildirilib ki, kommunal xidmətlərdən istifadəyə görə vəsaitlərin yığılması Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir:

“Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün istifadəyə verilmiş qəsəbələr və yaşayış komplekslərində onların istifadə etdikləri kommunal xidmətlərə görə vəsait aidiyyəti dövlət qurumları tərəfindən yığılır. Kommunal xidmətlərdən istifadəyə görə vəsaitlərin yığılması Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO