Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yeni təyinat edib.
Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Nicat Əliyev Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub.
Nicat Əliyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Hüseynov Vüqar İsfəndiyar oğlu dünən vəzifəsindən azad edilib.
Kəmaləddin Heydərovun müvafiq əmri ilə Vüqar Hüseynov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Məlumata görə, Vüqar Hüseynovun vəzifəsindən azad edilməsinə səbəb ciddi maliyyə pozuntularının aşkarlanması olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:38 / 18.11.2022
Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
Hazırda oxunan: Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
Hazırda oxunan: Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
105022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.