Bakıdan sonra ən çox yoluxma Arandadır - STATİSTİKA

Bakıdan sonra ən çox yoluxma Arandadır - STATİSTİKA

Hazırda oxunan: Bakıdan sonra ən çox yoluxma Arandadır - STATİSTİKA

10502

Azərbaycanda koronavirusa yoluxma hallarının 52.2 faizi Bakı şəhərinin payına düşür.

Bizim.Media koronavirusinfo.az saytına istinadla məlumat verir ki, ölkə üzrə ikinci ən çox yoluxma Aran zonasında qeydə alınıb. Belə ki, bu ərazidə yoluxma 13.3 faiz təşkil edir.

 

MÖVZU İLƏ BAĞLI:

''Koronavirusun yenidən artması baş verə bilər, əgər...''- Səhiyyə Nazirliyi


Abşeron rayonu 12,9 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası 8,1 faiz yoluxma ilə 4-cü yerdədir.

Bundan əlavə, 3,0 faiz yoluxma Quba-Xaçmaz, 3,2 Şəki- Zaqatala rayonları, 2,9 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,5 faiz yoluxma isə Dağlıq Şirvan ərazisində qeydə alınıb. Naxçıvanda son statistikaya görə, koronavirusa yoluxma halı 0,004 faiz olub.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59, 18 faizi 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO