Paytaxtda maraqlı AKSİYA – İşlənmiş batareya təhvil alıb, əvəzində isə…- FOTO 

Paytaxtda maraqlı AKSİYA – İşlənmiş batareya təhvil alıb, əvəzində isə…- FOTO 

Hazırda oxunan: Paytaxtda maraqlı AKSİYA – İşlənmiş batareya təhvil alıb, əvəzində isə…- FOTO 

104960

“Bir ağac-min nəfəs” aksiyası bu dəfə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə,  vətəndaşlardan ümumi tutumu 123 litr olan plastik, 9 litr şüşə tullantı və 44 ədəd işlənmiş batareya təhvil götürülüb, əvəzində vətəndaşlara ağac tingləri paylanılıb. 

Nazirliyin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda tullantıların təkrar emalına dəstək olmaqdır. 
S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya 18 noyabr tarixində saat 11:00-da Binəqədi-Xırdalan şossesində yerləşən hipermarketin qarşısında keçiriləcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO