İllərdir zibillik problemi həll olunmayan Mehdiabad bələdiyyəsindən ABSURD AÇIQLAMA 

İllərdir zibillik problemi həll olunmayan Mehdiabad bələdiyyəsindən ABSURD AÇIQLAMA 

Hazırda oxunan: İllərdir zibillik problemi həll olunmayan Mehdiabad bələdiyyəsindən ABSURD AÇIQLAMA 

104904

Abşeron rayonunun Mehdiabad qəsəbəsinin mərkəzi küçələrinin zibil poliqonuna çevrildiyini xəbər vermişdik. 

Qəsəbədə hökm sürən natəmizlik illərdir həllini tapmır. 13 minə yaxın əhalisi olan Mehdiabad qəsəbəsində cəmi iki ərazidə məişət tullantıları üçün qutu qoyulub. Zibillə aşıb-daşan bu qutular isə vaxtında daşınmır. Bu səbəbdən ərazini üfunət və sahibsiz itlər bürüyür. Xüsusilə qəsəbənin mərkəzində, Təcili Tibbi Yardım Xidmətinin və Polis Şöbəsinin yerləşdiyi küçədə durum acınacaqlı haldadır. 

Problemi təxminən bir ay əvvəl də ictimailəşdirmişdik. Amma nə zibil poliqonuna çevrilən Mehdiabadın küçələrindən məişət tullantıları yığışdırılıb, nə də qəsəbəyə əlavə qutular gətirilib. 

Qəsəbə sakinləri növbəti dəfə Bizim.Media-ya müraciət edərək problemin çözülməməsindən gileyləniblər.

Dediklərinə görə, hələki gözləmə mövqeyindədirlər və belə davam edərsə, bələdiyyəyə məişət tullantılarının daşınması üçün ödənişdən imtina edəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Hər evdən 4 manat yığan Mehdiabad bələdiyyəsi zibilliyə BÜRÜNÜB - ŞİKAYƏT


Məsələ ilə bağlı iki gündür Mehdiabad qəsəbə bələdiyyəsindən günlərdir ki, açıqlama almaq mümkün olmur. Çox sayda müraciətimizdən sonra nəhayət bələdiyyənin maliyyə üzrə rəsmisi Cavid Əzizov saytımızla əlaqə yaradaraq ərazidə heç bir problem olmadığını bildirib və absurd açıqlama verib. Onun saytımıza açıqlamasını olduğu kimi təqdim edirik:

“Sabah mümkündürmü ki, Mehdiabada gələsiniz, görüşək və baxaq. Sabah nə lazımdır danışaq, açıqlama da verək və necə lazımdır yola salaq. Bu gün yas yerindəyəm, istəmirəm sizi yubadam. Sabah gəlsəniz, yaxşı olar. Heç bir problem yoxdur, sabah qaydasına qoyacağıq”, - deyə Cavid Əzizov qeyd edib.
 

Xatırladaq ki, Mehdiabad bələdiyyəsi qəsəbədə yaşayan hər ailədən xidmətə görə 4 manat tələb edir. 

Məlumat üçün bildirək ki, Mehdiabad qəsəbəsi ölkədə gedən iqtisadi inkişafdan olduqca geri qalıb. Qəsəbədə ciddi su, kanalizasiya problemi var. Həftədə iki dəfə verilən sudan yalnız qəsəbənin yarısı istifadə edə bilir. Su xəttləri köhnə olduğu üçün ciddi su itkisinə yol verilir. Qəsəbənin mərkəzi yolundan başqa bütün yollar daş-torpaq yoldur. Qış olanda sakinlər palçığın əlindən uşaqları məktəbə apara bilmir. Qəsəbədə körpə uşaqların, yaşlıların istirahət etməsi üçün park da yoxdur.

Alçina Amilqızı, Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO