Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.
MÖVZU İLƏ BAĞLI:
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat zərərsizləşdirildi
Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.
31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.
Bizim.Media