Vətəndaşları xaricdə işə düzəltmək adı ilə aldadan dələduz saxlanıldı - DİN 

Vətəndaşları xaricdə işə düzəltmək adı ilə aldadan dələduz saxlanıldı - DİN 

Hazırda oxunan: Vətəndaşları xaricdə işə düzəltmək adı ilə aldadan dələduz saxlanıldı - DİN 

104863

Sosial şəbəkədə tanış olduğu şəxsləri xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran rayonunun Siyavar sakini olan bir nəfər polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu Anar adlı şəxsin işə düzəltmək adı ilə ondan 3500 manat pulunu alaraq mənimsədiyini bildirib. 

Zərərçəkmiş şəxs müraciətində pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü bildirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Anar Rzayev olduğu müəyyən edilib. Aparılan əlavə araşdırmalarla həmin şəxsin sosial şəbəkə vasitəsilə tanış olduğu daha 3 nəfər Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub. 

Belə ki, A.Rzayev həmin şəxslərin etibarından sui istifadə edərək müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsəyib. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

A.Rzayevin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa Lənkəran ŞRPŞ-yə və ya ərazi polis orqanına müraciət edə bilərlər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO