Samuxda qətl törədən şəxsə hökm oxundu

Samuxda qətl törədən şəxsə hökm oxundu

Hazırda oxunan: Samuxda qətl törədən şəxsə hökm oxundu

104857

Samux rayonunda qonşusunu qətlə yetirməkdə ittiham olunan 1973-cü il təvəllüdlü Habil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. 
Habil Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Samux rayonunun İstixana qəsəbəsində baş verib. Qəsəbə sakini, 37 yaşlı Elşən Sadıqov ürək nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətl hadisəsi söyüş üstündə baş verib.

Hadisəni həmin qəsəbə sakini Habil Qasımov törədib. Keçirilən əməliyyat zamanı hadisəni törədən şəxs tutulub. O, ilkin ifadəsində qətli törətdiyini etiraf edib. İstintaq orqanı tərəfindən Habil Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO