AQTA nöqsan aşkarladığı 17 müəssisəni niyə CƏZALANDIRMIR? – Qurumdan AÇIQLAMA  

AQTA nöqsan aşkarladığı 17 müəssisəni niyə CƏZALANDIRMIR? – Qurumdan AÇIQLAMA  

Hazırda oxunan: AQTA nöqsan aşkarladığı 17 müəssisəni niyə CƏZALANDIRMIR? – Qurumdan AÇIQLAMA  

104833

Xəbər verildiyi kimi Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 17 müəssisədə nöqsanlar aşkarlayıb. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 17, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı isə 7 nöqsan aşkar olunub.

AQTA aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərlər görüldüyünü açıqlayıb.

Maraqlıdır, 17 müəssisənin 11-i restoran və kafe olmaqla, üstəlik həmin müəssisələrə sənədsiz heyvan mənşəli məhsulların qəbulu aşkar edilibsə, onlara qarşı konkret hansı cəza tədbirləri görülür?

Məsələ ilə bağlı AQTA-nın rəsmisi Mansur Piriyev Bizim.Media-ya adlarıçəkilən müəssisələr barədə konkret görülən tədbirləri açıqlamasa da, bu halda görülən addımları sadalayıb:

“Məsələn ictimai iaşə obyektində obliqat qrupa daxil olan əməkdaş tibbi müayinədən keçirilməyibsə, müvəqqəti yəni tibbi müayinədən keçənədək xidmətdən kənarlaşdırılması ilə bağlı qərar qəbul olunur. Baytarlıq arayışı olmayan heyvan mənşəli məhsuldan istifadə olunduğu aşkarlananda, həmçinin etiket məlumatı, saxlanma şəraiti və.s. uyğun olmayan məhsullar aşkarlanarsa, dərhal satış şəbəkəsindən çıxarılması ilə bağlı tədbir görülür. Həmin məhsullar laborator müayinələrə cəlb olunur və sahibkarlıq subyektinə xəbərdarlıq edilir. Əgər təkrar nöqsanlar aşkarlanarsa, inzibati pratokol tərtib olunaraq İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görülür”.
 

MÖVZU İLƏ BAĞLI:

İctimai Şuradan AQTA-ya ETİRAZ: “Orada nə işlə məşğuldurlar xəbərimiz olmur”


Görünən odur ki, nöqsan aşkarlanan 17 müəssisəyə qeyd olunan bu tədbirlərin heç biri görülməyib və ya görüləcəyi sual altındadır. Belə olmasaydı, adları açıqlanan müəssisələrə hansı cəza növünün tətbiq edilməsi barədə də məlumatlar verilərdi. 

Məsələ ilə bağlı AQTA İctimai Şurasının üzvü Eyyub Hüseynov isə AQTA-nın daha intensiv yoxlama aparması vacibliyini qeyd edib:

“Təssüflər olsun ki, ölkənin mövcud qanunvericiliyinə görə də AQTA-nın əli-qolu bağlıdır. Çox ciddi işlər və yoxlamalar getməlidir. Həddindən artıq böyük ictimai nəzarət həyata keçirilməlidir. AQTA-nın yoxlamalarda çatışmayan cəhətlərindən biri odur ki, onlar müəssisələrdəki konkret nöqsanları açıqlamırlar. Çünki istehlakçılara hansı məkanda nə baş verdiyi lazımdır. Yəni ora baykot olunsun və istehlakçılar getməsin. Məsələn Kanadada restoranlardan birində tarakan müəyyən olunmuşdu. Səhəri gedib müşahidə edəndə restoranın bağlandığını gördüm. İstehlakçıya məkan və cəza tədbiri mütləq göstərilməlidir”.

Nöqsanlar aşkar edilən müəssisələr bunlardır:

"Albalı" market Xətai rayonu, Nobel pr., ev 23, m. 1, “Malibu" şərab evi Xətai rayonu, X.Məmmədov küç., ev 3, "Real" market Quba rayonu, İqrığ kəndi, "Neftçala" market, Neftçala şəhəri, H.Əliyev prospekti, "Cil" market Lənkəran rayonu, Cil kəndi, Həsənli Ramazan Nizami oğluna məxsus ərzaq mağazası Şəmkir şəhəri, 20 Yanvar küçəsi, "Siyaqut" şadlıq evi, "İnci" şadlıq evi, "CFC İstanbul" kafesi, "New Baku Hotel" kafesi, "Woki-Oki" kafesi, "Amor" şadlıq evi, Pizza Mizza" kafesi, "Versal" şadlıq evi, "Çıraq Palace" şadlıq evi, "Oazis" restoranı, "Nazlı" kafesi.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO