Moderator.az xəbər verir ki, bu gün Sumqayıt Dövlət Dram Teatrında Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirildi.
Öncə tədbir iştirakçıları teatrın foyesində şagirdlərin bayrama həsr etdiyi işləri ilə tanış oldular.
Ümumşəhər tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin üzvləri və digər rəsmi şəxslər iştirak edirdilər.
Bayram tədbirində qeyd olundu ki, Dövlət Bayrağı millətimizin qürur mənbəyi, varlığımızın rəmzidir. Son illər Bayraq Günününün geniş qey edilməsinin üçrəngli bayrağımıza hörmətin nümunəsi olduğu bildirildi. Çıxış edənlər tezliklə zəfər bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağını əminliklə vurğuladılar.
Bayram tədbirində respublikanın tanınmış incəsənət ustalarının ifasında doğma Azərbaycanımıza həsr olunan musiqilər ifa oundu, maraqlı şeirlər söylənildi.
Namiq
































































































