Azad olunan şəhərlərin baş planı bu tarixdə təhvil veriləcək

Azad olunan şəhərlərin baş planı bu tarixdə təhvil veriləcək

Hazırda oxunan: Azad olunan şəhərlərin baş planı bu tarixdə təhvil veriləcək

104762

Azərbaycan Respublikasının azad edilmiş ərazilərində 2022-2024-cü illərdə şəhərlərin baş və müfəssəl planları hazırlanacaq. 

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa Böyük Qayıdış layihəsi hökumətə təqdim edildi - RƏSMİ 


Sənədə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” ilə birgə 2022‒2024-cü illərdə 7 şəhərin baş planının və mərkəz hissəsinin müfəssəl planının təsdiq edilməsini təmin etməlidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO