Azərbaycan Ağdamdan Xankəndiyə qaz kəməri çəkəcək.
Bizim.Media xəbər verir ki, bu, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağa Böyük Qayıdış layihəsi hökumətə təqdim edildi - RƏSMİ
Tədbirlər planına əsasən 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.
Sənədə əsasən, tikinti işlərinin icrası Dövlət Neft Şirkəti (SOCAR), Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.
Bizim.Media