Yaşlanma hər canlıda görülən və bir çox funksiyaların azalmasına səbəb olan bir proses olaraq qəbul edilir. İnsanlar yaşlanmanı təxirə salmaq barədə çox düşünürlər.
Bizim.Media xəbər verir ki, mütəxəssislər yaşlanmanı gecikdirmək üçün düzgün qidalanmanın vacibliyini vurğulayırlar.
Bildirilir ki, yaşlı insanlar sağlam taxıl qrupu, ət, toyuq, balıq, yumurta və süd məhsulları, meyvə və tərəvəzləri ehtiyaclarına uyğun olaraq qəbul etməlidirlər.
Bədənin bir çox qidaya ehtiyacı var. Bunu qarşılamaq üçün eyni qida qrupundakı qidalar arasında müxtəliflik təmin edilməlidir.
Həzm probleminin qarşısını almaq üçün az və tez-tez yemək tövsiyyə olunur.
Nə yedimiz qədər, necə bişirdiyimiz də vacibdir. Qızartma üsulları əvəzinə, yeməklərinizi qaynadılmış, buxarda və ya sobada bişirmək olar.
Yaşlılara fiziki fəaliyyəti yaşlarına uyğun olaraq artırmaları məsləhət görülür.
Su qəbulu yaşlılar üçün də çox əhəmiyyətlidir. Gündə ən az 8-10 stəkan (1,5 litr) su içmələri məsləhətdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:30 / 02.02.2021
Yaşlanmanı belə gecikdirin - Mütəxəssislərdən məsləhətlər
Hazırda oxunan: Yaşlanmanı belə gecikdirin - Mütəxəssislərdən məsləhətlər
Hazırda oxunan: Yaşlanmanı belə gecikdirin - Mütəxəssislərdən məsləhətlər
10476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.