Qarabağda biznes subyektləri vergidən AZAD OLUNACAQ

Qarabağda biznes subyektləri vergidən AZAD OLUNACAQ

Hazırda oxunan: Qarabağda biznes subyektləri vergidən AZAD OLUNACAQ

104720

"2023-cü il yanvarın 1-dən azad edilmiş ərazilərdə biznes subyektləri vergi yığımlarından tamamilə azad olunacaq".

Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov 3-cü Maliyyə və İnvestisiya Forumunda deyib.

O bildirib ki, həmin ərazilərdə sahibkarlar 10 il müddətinə istiqrazlar üzrə vergilərdən də azad ediləcək.

N.İmanov əlavə edib ki, kənd təsərrüfatı sektorunun subsidiyalaşdırılması nəzərdə tutulur.

"Kənd təsərrüfatı sahibkarlarını yeddi il müddətinə daşınmaz əmlak və torpaq vergilərindən azad etmək planlaşdırılır. Həmçinin, 2024-cü ilədək icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur", - deyə bildirib.

Onun sözlərinə görə, 2023-cü ildən vergi borcları olan şəxslər bank hesabı aça biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO