Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində fermerlərə dəymiş zərər ödənişləri davam etdirilir. Bu dəfə Aqrar Sığorta Fondunun rəhbərliyi Şəki şəhərində fermerlərlə görüşərək mart ayında baş vermiş fırtınadan dəyən zərərlə bağlı sığorta ödənişlərini təqdim ediblər.
Bizim.Media-nın yerli bürosu bildirir ki, bu ilin mart ayında Şəki rayonunun Turan qəsəbəsi, Şəki kəndi, Dərəcənnət, Sarıca, Bolludərə, Qayabaşı, Qaratorpaq, Çayqaraqoyunlu və digər kəndlərində baş verən güclü fırtına əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub.
Məhsullarını sığortalayan fermerlər tərəfindən təbiət hadisələri ilə bağlı Aqrar Sığorta Fonduna verilən məlumatlar əsasında müstəqil ekspertlərin zərərləri qiymətləndirməsindən sonra qanunvericiliyə uyğun zərər ödənişlərinin həyata keçirilməsinə başlanıb. Ümumilikdə Şəki rayonuda 354 müqavilə üzrə 500 000 manat zərər ödənişi öz təsdiqini tapıb.
Qeyd edək ki, 2021-2022-ci il əkin mövsümündə Şəki rayonunda 3279 sığorta müqaviləsi üzrə 27283 hektar təsərrüfat sığortalanmışdır ki, bunun da 90%-ni taxıl, 10%-ni fındıq sahələri təşkil edir.
Aqrar Sığorta Fondu İdarə Heyətinin sədri Fuad Sadıqov jurnlistlərə açıqlamasında bildirib ki, ölkədə istehsal olunan taxılın böyük bir hissəsi məhz bu ərazilərin fəaliyyəti nəticəsində ortaya çıxır. Bu il ərzində Şəki rayonunda 30 minə yaxın ərazi məhz aqrar sığorta fondu tərəfindən sığortalanıb, 3 mindən çox sığorta müqavilsəsi imzalanıb.
Mart ayında baş verən təbii fəlakətdən sonra bu ziyanlar aqrar sığortanın əməkdaşları, eləcə də müstəqil ekspertlər tərəfindən qiymətləndirilib və 350 fermerin hər birinə orta hesabla 5 min manat həcmində ödəniş edilib.
Fuad Sadıqov onu da diqqətə çatdırıb ki, ümumiyyətlə aqrar sığorta ölkədə yeni xidmətlərdir və dövlət dəstəyi ilə həyata keçirilir. Sığorta haqqının 50 faizi dövlət tərəfindən fermerlərə subsidiya şəklində verilir.
Daha sonra bir qrup fermerə ödənişlərin rəmzi çekləri təqdim olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:56 / 16.11.2022
Şəkidə sığorta olunanlara 500 min manat ödəniş edilib
Hazırda oxunan: Şəkidə sığorta olunanlara 500 min manat ödəniş edilib
Hazırda oxunan: Şəkidə sığorta olunanlara 500 min manat ödəniş edilib
104718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.