İctimai Şuradan AQTA-ya ETİRAZ: “Orada nə işlə məşğuldurlar xəbərimiz olmur”

İctimai Şuradan AQTA-ya ETİRAZ: “Orada nə işlə məşğuldurlar xəbərimiz olmur”

Hazırda oxunan: İctimai Şuradan AQTA-ya ETİRAZ: “Orada nə işlə məşğuldurlar xəbərimiz olmur”

104712

“AQTA-nın İctimai Şurası effektiv işləmir. Artıq neçə aylardır ki, İctimai Şuranın heç bir iclasları keçirilmir. Ümumiyyətlə İctimai Şuranın üzvlərinin AQTA-nın mətbəxində gedən məsələlərdən informasiya almaq imkanları sıfır vəziyyətindədir”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında AQTA İctimai Şurasının üzvü, Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.

O, növbəti ildən İctimai Şuraya namizədliyini verməyəcəyini qeyd edib:

“Orada gedən tenderlərdən belə xəbərimiz yoxdur. Dəfələrlə AQTA-nın İctimai Şura sədrinin olduğu yerdə məsələ qaldırmışam, AQTA medianı ciddi izləməli və arxasınca getməlidir. Təssüflər olsun ki, İctimai Şura olaraq buna nail ola bilməmişik.

İctimai Şura çox-çox uzaqlarda gəzir. Qeyd edim ki, İctimai Şura üzvlüyündən bir nəfər də istefa verib və uzaqlaşıb. Heç Şura toplaşıb onu da müzakirə etməyib.

Bu cür passiv və mənasız təmsilçilikdən mən də uzaqlaşacağam. Çox güman ki, növbəti ildən İctimai Şuraya namizədliyimi verməyəcəyəm və o qurumda təmsil olunmayacağam. Çünki mənim də orada baş verənlərdən xəbərim yoxdur” – deyə Eyyub Hüseynov əlavə edib.

Xatırladaq ki, bu günlərdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva öz xahişi ilə işindən ayrılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO