“Azad olunan torpaqlarımızda reklam istehsalatımızı quracağıq” – SABİT MƏMMƏDOV - VİDEO

“Azad olunan torpaqlarımızda reklam istehsalatımızı quracağıq” – SABİT MƏMMƏDOV - VİDEO

Hazırda oxunan: “Azad olunan torpaqlarımızda reklam istehsalatımızı quracağıq” – SABİT MƏMMƏDOV - VİDEO

104698

Xəbər verdiyimiz kimi, Bakıda “Gələcək üçün yenilən” şüarı ilə III Maliyyə və İnvestisiya Forumu keçirilib. “Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə üçüncü dəfə keçirilən forumda spikerlər “İnvestisiya strategiyaları”, “Vergi və hesabatlılıq”, “Maliyyələşmə strategiyaları” panelləri üzrə öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Forumun təsisçilərindən olan “ADMEDİA” reklam şirkətinin rəhbəri Sabit Məmmədov tədbirlə əlaqədar Bizim.Media ilə təəssüratlarını bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda III Maliyyə və İnvestisiya Forumu işə başladı - FOTO


“Maliyyə və İnvestisiya Forumu ilk dəfə 2017-ci ildə keçirilib. Artıq üçüncü forumumuzu da təşkil eləmişik. Bu forumda maliyyə və investisiya sahəsindən olan insanlar, spikerlər iştirak edir. 

Tədbirin təşkil olunmasında müxtəlif əlaqələrin qurulması, yeni investisiyalarla bağlı spikerlərimizin təqdimatları var. Məqsədimiz təqdimatları forum iştirakçılarına çatdırmaqdır. O baxımdan müəyyən planlar var”. 

Sabit Məmmədov həmin planların ana məğzindən də danışıb:

“Biz bu tədbirlərə kifayət qədər zaman sərf edirik. Bir neçə aydır ki, forumla bağlı hazırlıq işləri görürük. Bu tip tədbirləri daxili investisiya hesablarına həyata keçiririlir. Eyni zamanda dəstəkçilərimiz də var. 

Bildiyiniz kimi, ilk dəfə ənənəvi mediadan başladıq. 2010-cu ildə rəqəmsal media departamenti yaratdıq. Reklam istehsalı sahəsində irəlilədik. Reklam istehsalı ilə bağlı ən son avadanlıqlarımız var.
Böyük heyətdə komandamız mövcuddur. Və yeni istehsal zavodumuzun açılışı planlaşdırılır.

Eyni zamanda planımızda işğaldan azad olunan torpaqlarımızda reklam və dekor istehsalatımızı qurmaq da var.

Biz yalnız maliyyə və investisiya forumunu həyata keçirmirik, eyni zamanda digər tədbirlərin təşkilini də icra edirik. O tədbirlərdən biri də böyük səhiyyə forumunu həyata keçirməkdir.

Səhiyyə forumuna da həm sahə sahiblkarlarını, həm də investitorları dəvət edəcəyik”. 

Gülnarə Kərimova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO