Azərbaycanda daha çox yol qəzaları olan ƏRAZİLƏR

Azərbaycanda daha çox yol qəzaları olan ƏRAZİLƏR

Hazırda oxunan: Azərbaycanda daha çox yol qəzaları olan ƏRAZİLƏR

104686

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol-nəqliyyat hadisələrinin 84,3 faizi yaşayış məntəqələrində baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd edilib ki, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 425 nəfər, yaralananların sayı isə 2,2 faiz artaraq 992 nəfər olub.

Ümumilikdə qeyd edilən müddət ərzində ölkədə 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO