Ölkədə sosial müavinət alanların SAYI AÇIQLANDI 

Ölkədə sosial müavinət alanların SAYI AÇIQLANDI 

Hazırda oxunan: Ölkədə sosial müavinət alanların SAYI AÇIQLANDI 

104678

2022-ci il oktyabrın 1-i vəziyyətinə əhaliyə təyin olunmuş sosial müavinətlər və kompensasiyaların sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlnda bildirilir. 

Məlumatda qeyd olunur ki, sosial müavinət təyin olunmuş şəxslərin sayı 411112 olub. 126738 nəfərə yaşa görə, 209882 əlilliyə görə, o cümlədən – 161730 18 yaşından yuxarı əlilliyi olan, 48152 nəfər 18 yaşınadək əlilliyi müəyyən edilib. 

51139 ailə başçısını itirməyə görə, 29 dövlət qulluqçularına, 609 özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyinatı olub.
Həmçinin, 316 əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə kompensasiya, 8741 əhalinin bəzi kateqoriyalarından olan uşaqlı ailələr (uşaqların sayı), 3036 1 yaşınadək uşağı olan aztəminatlı ailələr (uşaqların sayı), 10410 beşdən çox uşağa görə (uşaqların sayı), 201 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), 11 nəfərə övladlığa götürülən uşağa görə aylıq müavinət təyinatı olub.

9 ay ərzində birdəfəlik sosial müavinət alanların sayı 57467 olub. 

41619 nəfərə uşağın anadan olmasına görə ailələrə, 3886 nəfərə radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün, 4236 nəfər dəfn üçün birdəfəlik müavinət ödənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO