10 yaşlı Nərminin qətlində ittiham edilən İlkinin vəkili:

10 yaşlı Nərminin qətlində ittiham edilən İlkinin vəkili: "Qətli törətməsinə dair cinayət sübutu yoxdur"

Hazırda oxunan: 10 yaşlı Nərminin qətlində ittiham edilən İlkinin vəkili: "Qətli törətməsinə dair cinayət sübutu yoxdur"

10465

“İlkin Süleymanovun təqsirli olunmasına dair bir dənə də olsun cinayət sübutu mövcud deyil”.

Bizim.Media xəbər verir ki, bunu Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Nərminin ölümündə təqsirləndirilən İlkinin şikayəti təmin edilmədi


"Ehtimala görə, İlkin qızı guya hansısa bir evdə saxlayıb. Əgər bu cinayəti həqiqətən İlkin törətmiş olsaydı bu müddət ərzində yüzlərlə sübut aşkar etmək olardı. Amma istintaqın əlində cinayəti İlkinin törətməsinə dair bir dənə də sübut yoxdur".

"Elə uzatmaqda da məqsəd əslində buna görədir ki, işi məhkəməyə göndərə bilmirlər. Əllərində sübutlar yoxdur. Məhkəmə nəyi araşdıracaq? Məhkəməyə sübutlar təqdim olunmalı, əsaslandırılmalıdır ki, bu cinayəti İlkin törədib”.

"Əslində azad edilməlidir, amma azad edə də bilmirlər. Məsələ burasındadır ki, hələ 2020 –ci ilin yanvar ayında keçmiş Baş prokurorluğun rəhbərliyi bəyanat vermişdir ki, bu cinayəti törədən şəxs aşkarlanıb və özü də bu cinayəti etiraf edib”.

"13 ayda heç bir sübut əldə edə bilməyiblərsə, bundan sonra hansı sübut ortaya qoya bilərlər? Məqsəd yalnız uzatmaq, uzatdıqca bu hadisəni ictimaiyyətə unutdurmaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO