Bir neçə gün əvvəl Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində törədilmiş quldurluq hadisəsinin təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə təsərrüfat mallarının satıldığı mağazadan satıcı və müştərilərin getdiyi vaxt baş verib.
Belə ki, noyabrın 11-də naməlum şəxslər ticarət mərkəzində mağaza işlədən sahibkar Ağayev Şakir Fərhad oğlunu izləyiblər. Onlar iş gününün sonunda ətrafda kimsənin olmadığı vaxt mağazaya basqın ediblər. Biznesmenin baş nahiyəsinə təsərrüfat qayçısı ilə zərbələr endirən şəxslər mağazadakı 30 min manat pulu götürərək uzaqlaşıblar.
Mağazanın daxilində kamera olmasa da, ticarət mərkəzinin ərazisində çoxsaylı nəzarət və müşahidə kameralarının olduğu bildirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Ətraflı XƏZƏR TV-nin süjetində:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:12 / 16.11.2022
“Sədərək”dəki quldurluğun TƏFƏRRÜATI - Sahibkar qayçı ilə vurulubmuş - VİDEO
Hazırda oxunan: “Sədərək”dəki quldurluğun TƏFƏRRÜATI - Sahibkar qayçı ilə vurulubmuş - VİDEO
Hazırda oxunan: “Sədərək”dəki quldurluğun TƏFƏRRÜATI - Sahibkar qayçı ilə vurulubmuş - VİDEO
104627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.