Xəzər rayonu M. Əzizbəyov adına Buzovna kitabxanasının təmirə ehtiyacı var. Sosial şəbəkədə 10 il əvvəl təmir olunan kitabxananın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb. Döşəmə qopub, istilik sistemi olmayan kitabxanada kitablar çürüyür.
Mədəniyyət Nazirliyinin rəsmisi Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib:
“Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayonu M.Əzizbəyov adına Buzovna kitabxanası ilə bağlı qüsur aktı tərtib edib və tender elan olunub. Tenderin nəticələri elan olunmayınca, orada təmir-bərpa işləri aparıla bilməz. Amma bununla bağlı bütün prosedur işləri görülüb. Tenderin nəticəsi elan olunduqdan sonra təmirə başlanacaq”.
Qeyd edək ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli “Facebook” hesabında Xəzər rayonu M.Əzizbəyov adına Buzovna kitabxanasının təmirsiz vəziyyəti ilə bağlı görüntülərini paylaşıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 16.11.2022
Kitabları çürüyən Buzovna kitabxanası nə vaxt TƏMİR OLUNACAQ? – Rəsmi CAVAB
Hazırda oxunan: Kitabları çürüyən Buzovna kitabxanası nə vaxt TƏMİR OLUNACAQ? – Rəsmi CAVAB
Hazırda oxunan: Kitabları çürüyən Buzovna kitabxanası nə vaxt TƏMİR OLUNACAQ? – Rəsmi CAVAB
104515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.