Bakıda körpə ölümünə görə həkimlərə cinayət İŞİ AÇILDI 

Bakıda körpə ölümünə görə həkimlərə cinayət İŞİ AÇILDI 

Hazırda oxunan: Bakıda körpə ölümünə görə həkimlərə cinayət İŞİ AÇILDI 

104485

26.07.2022-ci il tarixdə “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olan uşağın ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Yasamal rayon prokurorluğu yayıb.

Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yeni doğulan körpənin vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş verib və nəticədə uşaq ölüb.
 

MÖVZU İLƏ BAĞLI:

Ölmüş körpənin qaçırılması ilə bağlı Ginekologiya İnstitutu AÇIQLAMA YAYDI


Faktla bağlı  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Xatırladaq ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib. Ailənin iddiasına görə Nailə Şahbazovanın səriştəsizliyi səbəbindən körpə doğuş zamanı başından zədə və ağır travmalar alıb. 26 gün komadan ayılmayan körpənin vəziyyəti ilə bağlı ailə məlumatlandırılmayıb. Məsələ Bizim.Media-da ictimailəşəndən sonra körpənin öldüyü bildirilib. 

Körpə öldükdən sonra nəşi sözügedən xəstəxananın pediatrı Nigar Şahbazova tərəfindən xəstəxanadan təcili surətdə çıxarılıb və cəsəd ailənin izni olmadan tələm-tələsik ekspertizaya aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO