ASAN İMZA, yoxsa SİMA - Hansı daha sərfəlidir? 

ASAN İMZA, yoxsa SİMA - Hansı daha sərfəlidir? 

Hazırda oxunan: ASAN İMZA, yoxsa SİMA - Hansı daha sərfəlidir? 

104451

“Bütün elektron imzalar yeni nəsildir. Birinci elektron imzanın tətbiqinə başlanıldı. Sonra Asan İmza gəldi. Ən son isə SİMA tipli imzaların tətbiqinə başlanıldı. Birinci elektron imza kartla idi. Asan İmza telefon nömrəsi üzərindən idi. İndi isə biometrik imzalar çıxıb. Ümumilikdə, ölkəmizdə hazırda 4-dən artıq elektron imza mövcuddur”.

Bunu Bizim.Media-ya açıqlamasında İT üzrə mütəxəssis Elvin Abbasov söyləyib.

O bildirib ki, hazırda ən çox istifadə olunan Asan İmza və SİMA-dır:
 

MÖVZU İLƏ BAĞLI:

Günümüzün müasir xilaskarı: Elektron hökümət nədir və ondan necə YARARLANMALI?


“Bunlar arasında fərq ondan ibarətdir ki, Asan İmzanın istifadəsi üçün hansısa mobil nömrə tələb olunur. Həmin nömrəni bağlamalıyıq ya fiziki, ya da hüquqi şəxsə. Bundan sonra fiziki və yaxud hüquqi şəxs sertifikat almalıdır. Sertifikat həmin nömrəyə bağlanır. Və elektron əməliyyatlar zamanı həmin nömrədən təsdiq alırıq. Üstəlik, hər ay Asan İmza üçün aldığımız nömrəyə aylıq abunə haqqı ödəyirik.

Lakin SİMA-da fərqli yanaşma var. Bu biometrik imzadır. Biometrik imzada heç bir ödəniş tələb olunmur. Heç bir yerə getmək lazım gəlmir. SİMA-nı internet üzərindən açırıq və özümüzün fərdi indentifikasiyanı –FİN-i ora daxil edirik. Daha sonra öz biometrikimizlə qeydiyyatdan keçiririk. Beləcə, bütün elektron əməliyyatları SİMA üzərindən rahatlıqla apara bilirik”. 

Elvin Abbasov bu iki tətbiqin fərqini də açıqlayıb:

“SİMA üçün heç bir ödəniş tələb edilmir. Üstəlik, SİMA tətbiqinə daxil olmaq üçün heç bir yerə getmək tələb olunmur. Evdən və ofisdən çox asanlıqla, qısa zaman fasiləsində biometrik imza ala bilirik. Lakin Asan İmza üçün hansısa mobil operatorun xidmət mərkəzinə getmək lazım gəlir. Ən əsası, Asan İmzaya bağlı nömrəyə hər ay ən azı 2 manat abunə haqqı ödəməliyik”.

Surxay Atakişiyev, Bizim.Media



QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi  - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO