Rusiyadan Azərbaycana quş ətinin gətirilməsinə QADAĞA

Rusiyadan Azərbaycana quş ətinin gətirilməsinə QADAĞA

Hazırda oxunan: Rusiyadan Azərbaycana quş ətinin gətirilməsinə QADAĞA

104441

Rusiyanın bəzi vilayətlərindən Azərbaycana quş ətinin gətirilməsi məhdudlaşdırılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının Saratov vilayətində Nyukasl, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidində, Serbiya Respublikasının Orta-Banatski, Şimali-Baçski, Cənubi-Baçski və Qərbi-Baçski dairələrində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan daha bir ölkədən quş əti idxalına QADAĞA QOYDU


Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Saratov vilayətindən, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidindən, Serbiya Respublikasının Orta-Banatski, Şimali-Baçski, Cənubi-Baçski və Qərbi-Baçski dairələrindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO