Qazıntılar nəticəsində Qəbələ tarixinin yeni səhifələri ortaya çıxıb – FOTO

Qazıntılar nəticəsində Qəbələ tarixinin yeni səhifələri ortaya çıxıb – FOTO

Hazırda oxunan: Qazıntılar nəticəsində Qəbələ tarixinin yeni səhifələri ortaya çıxıb – FOTO

104413

Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illərdə SEBA - Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər mühüm yer tutur.

Bizm.Media-nın yerli bürosunun məlumatına əsasən azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb.

Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa olunaraq nümayiş olunur.

Bu məlumatlarla SEBA-nın dəstəyi ilə tikilən Qəbələ Arxeoloji Mərkəzində tanış olmaq mümkündür.

Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Burada, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərir.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov Bizim.Media-ya bildirib ki, payız mövsümünün gəlişi ilə əlaqədar qoruğun Qala və Səlbir adlanan tarixi məkanlarının giriş hissələrində ziyarətçilər üçün hərəkət zolaqlarının uçub dağılmış hissələri dəyişdirilib, istismar müddəti bitmiş tamet plitələr yenisi ilə əvəzlənib, piyada yollarındakı yabanı alaq otları biçilərək ərazidə səliqə-səhman yaradılıb.

Təmir-bərpa işləri ilə yanaşı qoruq əməkdaşlarının iştirakı ilə iməciliklər də təşkil edilib. Bu zaman mühafizə postunun divarları, mərkəzin qarşısına qoyulmuş dekorativ heykəllər boyanaraq ağardılıb, həyətdəki ağac və güllər səliqəyə salınaraq xoş görüntü yaradılıb.
Abidə mühafizəçiləri tərəfindən qoruğun Antik şəhər adlanan tarixi məkanında konservasiyaların kənarını əhatə edən dəmir məhəccərlər rənglənib, arxeoloji qazıntıların daxilində təmizlik işləri aparılaraq ziyarətçilərə nümayiş olunmaq üçün hazır vəziyyətə gətirilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO