Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib.
Bizim.Media xəbər verir ki, Şəhər Xəstəxanasının doğum şöbəsində dünyaya göz açan körpələrdən 2-si oğlan 1-i qızdır.
Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindəndir.
Qadının Rüqəyya adı verdikləri ilk övladı 8 il öncə dünyaya göz açıb.
Üçəm dünyaya gətirən qadının qayınanasının sözlərinə görə, nəvələrinə Həsən, Hüseyn, Zeynəb adı verilib. Ananın və uşaqların vəziyyəti normaldır.
Yeni doğulan körpələrin çəkisi müvafiq olaraq 2,6, 2,9 və 2,3 kiloqramdır.
Xəstəxanadan apa.az-a verilən məlumata görə, son 10 ildə Mingəçevir Xəstəxanasının doğum şöbəsində ilk dəfə olaraq üçəm doğulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:54 / 15.11.2022
Mingəçevirdə üçəm dünyaya gəldi
Hazırda oxunan: Mingəçevirdə üçəm dünyaya gəldi
Hazırda oxunan: Mingəçevirdə üçəm dünyaya gəldi
104401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.