Yüksək musiqi sədaları altında maşın idarə edən sürücülər böyük məbləğdə cərimə edilə bilərlər.
Bizim.Media xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan süjetdə qeyd olunub.
Süjetdə bildirilib ki, həmin şəxslər 150 manatdan 2 min 500 manatadək məbləğdə cərimə oluna bilərlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tədbiq edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:10 / 14.11.2022
Bunu edənlər 2500 manatadək cərimələnəcək - VİDEO
Hazırda oxunan: Bunu edənlər 2500 manatadək cərimələnəcək - VİDEO
Hazırda oxunan: Bunu edənlər 2500 manatadək cərimələnəcək - VİDEO
104349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.