Ağdam rayonunun Qiyamədinli kəndinin yaxınlığında atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya-Türkiyə monitorinq mərkəzi fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qalstyanın vaxtı keçmiş mərmiləri BƏƏ-ni və İordaniyanı “partlatdı” - FOTO
Mərkəzin əməkdaşları paritet əsaslarla təşkil olunub: hər tərəfdən 60 hərbçi.
"Mərkəz atəşkəs rejiminini və tərəflərin əldə etdiyi razılaşmaları pozanıar haqda məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Nəzarət pilotsuz uçan aparatlarla və digər ölkələrdən alınan məlumatların qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək”. Rusiya Müdafiə Nazirliyinin rəsmi mənbələri belə deyib.
Birgə mərkəzin 11 noyabr 2020-ci il tarixində Rusiya və Türkiyənin müdafiə nazirləri tərəfindən imzalanan memoranduma uyğun olaraq açıldığı qeyd olunur.
Göründüyü kimi bu, Moskvanın Türkiyə-Azərbaycan tandeminə Qarabağdakı sülhün onların nəzarəti altında olacağına əlavə zəmanəti idi.
Erməni mediası yazır ki, Rusiya tərəfinin bu mərkəzə ehtiyacı yoxdur, çünki rəsmi Moskva onsuz da Qarabağdakı hər şeyə həm göydə, həm də birbaşa yerdə nəzarət edir. Mərkəzin rolu Azərbaycanın Türkiyə ordusu vasitəsi ilə Dağlıq Qarabağdakı proseslərə nəzarət etməsini təmin etməkdir.
Digər tərəfdən, Azərbaycan hər kəsi öz ərazisinə dəvət edə bilər. Rusların mərkəzdə olması, sanki, Bakının Rusiyaya etibar etməsinə bir işarədir.
Əslində isə Bakı və Ankara Qarabağ üzərindəki səmada və yerdə gedən proseslərə pilotsuz təyyarələri ilə nəzarət edir və Rusiyanın sülhməramlı missiyasına inamsızlıqlarını bildirir.
Bununla da onların əlinə Qarabağda müvəqqəti məskunlaşan erməniləri alçaltmaq üçün əlavə bir fürsət düşür.
Ümumiyyətlə, Azərbaycanda Qarabağa erməni əhalisi olan bir rezervasiya kimi baxılır, eynən ABŞ-dakı Navaxo hindularının rezervasiyası kimi, ancaq onlardan fərqli olaraq ermənilərə az hüquq verilir.
Bizim.Media