Azərbaycanda Əxlaq polisinin yaradılıb-yaradılmayacağı ilə bağlı məsələ zaman-zaman aktual olaraq qalır. Məsələ yenidən gündəmə gəlib və bununla bağlı fikirlər birmənalı deyil.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Bizim.Media-ya bildirib ki, Azərbaycanda Əxlaq polisinə ehtiyac yoxdur:
“Hazırda polis orqanları vəzifələrini normal yerinə yetirir. Düşünmürəm ki, Azərbaycanda ciddi əxlaqsızlıq var və bunun üçün də Əxlaq polisi yaradılsın.
MÖVZU İLƏ BAĞLI:
“Deputatlar qızların təhsilini düşünürsə, maaşlarından vəsait ayırsınlar” – Ekspertdən millət vəkilinə CAVAB
Məncə, Azərbaycanda istisna hallarda əxlaqsızlıq olur. Əxlaq polisinin yaradılmasına ehtiyac görmürəm. Cəmiyyətimiz bu sahədə çox geriyə getsəydi, artıq sərhədlər açılsaydı, qırmızı cizgilər keçilsəydi və hal-hazırda bunun qarşısını ala bilməsəydik, o zaman Əxlaq polisinin yaradılması təklif olunardı.
Biz kübar, sekulyar bir cəmiyyətik. Ona görə də, bizdə belə bir polisin yaradılması geriyə atılmış bir addım olardı. Hazırdakı polis bunun öhdəsindən gəlir. Əslində belə bir məsələ aktuallaşırsa, bu hüquq-mühafizə orqanlarının özündən gələn bir təklif olmalıdır”.
Alçina Amilqızı, Bizim.Media